Xəbər lenti

Azərbaycanda körpə ölümlərinin əsas səbəbləri məlum oldu
Sağlamlıq 19:57 21.06.2025

Azərbaycanda körpə ölümlərinin əsas səbəbləri məlum oldu

1 yaşadək ölən uşaqlar arasında ölümün əsas səbəbləri açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatlar Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı qısa məcmuəsində əks olunub.

Məlumatlara əsasən, 2024-cü il üzrə bütün səbəblərdən 1 yaşadək 1 420 uşaq ölümü baş verib. Bunlardan 178-i tənəffüs sistemi xəstəlikləri, 735-i perianatal dövrdə meydana çıxan problemlər səbəbilə olub.

Bəzi infeksion və parazitar xəstəliklər səbəbilə 47, anadangəlmə anomaliyalar, inkişaf qüsurları, xromosom pozğunluqları səbəbilə 101, travma, zəhərlənmə və digər xarici təsirlər səbəbilə 12 körpə ölümü qeydə alınıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->