Xəbər lenti

Dünya 12:49 19.06.2025

"Cəhənnəm qapıları" sönür: Türkmənistanın əfsanəvi simvolu yoxa çıxa bilər

Planetin ən qəribə hadisələrindən biri olan Darvaza qaz krateri (xalq arasında "Cəhənnəm qapıları" kimi tanınan) gücünü itirməyə başlayır. Qaraqum səhrasının mərkəzində onilliklər davam edən fasiləsiz alovdan sonra alimlər bildirir ki, kraterin işığı əhəmiyyətli dərəcədə azalıb. 

Qaynarinfo xəbər verir ki, bunu "Iflscience" yazıb.

Krater 1971-ci ildə sovet geoloqlarının uğursuz qazma işləri nəticəsində yaranıb. Metan sızmasının qarşısını almaq istəyən geoloqlar qazı yandırmaq qərarına gəliblər. Onlar alovun bir neçə günə sönəcəyini gözləyirdilər. Lakin bunun əvəzinə od amansızcasına 50 ildən çox alovlanaraq, diametri 70 metrdən çox olan çuxuru Türkmənistanın cəhənnəm simvoluna çevirib.

İndi isə "Türkmənqaz" dövlət şirkətinin tədqiqatçıları bildirib ki, krater tədricən səssizləşir.

"2013-cü ildə onun işığı kilometrlərlə məsafədən görünürdüsə, indi yalnız yaxın məsafədən müşahidə edilə bilər", deyə Türkmənistanın dövlət informasiya agentliyinin dərc etdiyi hesabatda göstərilib.

"Capterio" şirkətinin müstəqil peyk məlumatları təsdiq edir ki, kraterdə nəzarətsiz yanan metanın həcmi üç dəfə azalıb. Bu, təbii qaz ehtiyatlarının tükənməkdə olduğunu və "Cəhənnəm qapıları"nın tezliklə tamamilə sönə biləcəyini göstərə bilər.

Bu xəbər siyasi rəhbərliyə xoş gələ bilər. 2022-ci ildə o zamankı prezident Qurbanqulu Berdiməhəmmədov krateri söndürməyə çağıraraq ətraf mühitə ziyan və enerji resurslarının itirilməsinə işarə etmişdi.

"Xalqın rifahı üçün istifadə edilə biləcək dəyərli metanı itiririk", deyə o vurğulayıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->