Xəbər lenti

Yüksək gəlirli ixtisaslar: Bu sahədə qazanc 10 min manatadəkdir
Ekonomiks 14:14 05.08.2025

Yüksək gəlirli ixtisaslar: Bu sahədə qazanc 10 min manatadəkdir

Peşə və ixtisas seçimi abituriyentin gələcək karyerasında və maddi rifahında mühüm rol oynayır. Müasir əmək bazarında bəzi sahələr xüsusilə yüksək gəlir və karyera imkanları ilə fərqlənir.

Abituriyentlər bakalvr üzrə hansı ixtisasları seçsələr, gələcəkdə daha yüksək gəlir əldə edə bilərlər?

Qaynarinfo xəbər verir ki, AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu danışıb. 

O qeyd edib ki, yüksək gəlir təkcə seçilən ixtisasdan deyil, şəxsi bacarıqlardan, xarici dil biliyindən, praktiki təcrübədən və peşəkar sertifikatlardan da asılıdır.

"Azərbaycan əmək bazarında abituriyentlərin bakalavr səviyyəsində seçə biləcəyi bəzi ixtisaslar yüksək gəlir vəd edir. İT və proqramlaşdırma sahələrində maaş aralığı ölkəmizdə 1000-1500 AZN civarında dəyişir. Xarici şirkətlərdə isə bu sahədə gəlir 2000-10.000 AZN və daha çox ola bilər.

Maliyyə və audit sahələrində maaşlar 1200- 4500 AZN arasında dəyişir. Beynəlxalq sertifikatlara sahib olan mütəxəssislər isə daha yüksək gəlir əldə edə bilirlər.

Tibb sahəsində (həkim, stomatoloq, cərrah) xüsusilə özəl klinikalarda çalışanlar 2000 AZN və daha çox gəlir əldə edə bilərlər. Əgər şəxsin rezidentura təhsili varsa, bu daha yüksək gəlir deməkdir.

Mühəndislik sahəsində, xüsusilə neft-qaz mühəndisliyi və proqram təminatı üzrə mühəndislərin maaşı 1000-4000 AZN aralığında ola bilər. BP, SOCAR kimi şirkətlərdə isə bu ixtisaslar üzrə gəlirlər daha yüksəkdir.

Hüquqşünaslıq sahəsində (vəkil, hüquq məsləhətçisi) gəlir aralığı adətən 800-4000 AZN arasında olur. Biznesin idarə olunması sahəsində isə layihə meneceri və ya mütəxəssis kimi çalışanlar 1200-5000 AZN qazanc əldə edə bilirlər".

Bəzi ixtisaslar üzrə magistratura təhsili və ya xarici təcrübə gəlirin daha da artmasına səbəb ola bilər

"Beynəlxalq bazarda əlavə gəlirli sahələr kimi süni intellekt, biotexnologiya və kibertəhlükəsizlik ön plana çıxır və bu sahələrdə gəlir səviyyəsi olduqca yüksəkdir.

Ümumiyyətlə, yüksək gəlir təkcə seçilən ixtisasdan deyil, şəxsi bacarıqlardan, xarici dil biliyindən, praktiki təcrübədən və peşəkar sertifikatlardan da asılıdır. Bəzi ixtisaslar üzrə magistratura təhsili və ya xarici təcrübə gəlirin daha da artmasına səbəb ola bilər".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->