Serbiyanın hakimiyyət partiyası olan Serb Tərəqqi Partiyasının İcraiyyə Şurasının rəhbəri və dövlət investisiyaları naziri Darko Qlişiç televiziya efiri zamanı insult keçirib. Onun vəziyyətinin ağır olduğu bildirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Veçerne novosti” nəşri məlumat yayıb.
Məlumata görə, Qlişiç səhər saatlarında "Pink TV" telekanalında canlı yayımlanan proqramda olarkən qəfil halını itirib. "Qlişiç prezident Aleksandr Vuçiçin ən sadiq və yaxın adamıdır", deyə xəbərdə qeyd olunur.
Nəşrin verdiyi məlumata əsasən, prezident Vuçiç artıq Qlişiçin təcili tibbi yardım aldığı xəstəxanaya yollanıb. Serbiyanın səhiyyə naziri Zlatibor Lonçar jurnalistlərə açıqlamasında bildirib ki, hazırda nazir huşsuz vəziyyətdədir.
Aydın
Şərhlər