Xəbər lenti

Qərbdə Soyuq müharibə dövrünü xatırladan təhlükəli silahlanma yarışı başlaya bilər (SƏBƏB)
Dünya 14:24 05.08.2025

Qərbdə Soyuq müharibə dövrünü xatırladan təhlükəli silahlanma yarışı başlaya bilər (SƏBƏB)

Rusiya Federasiyasının orta və qısa mənzilli raketlərə dair müqaviləyə əməl etməkdən imtina etməsi və Moskva ilə münasibətlərdəki ümumi gərginlik Qərbdə Soyuq müharibə dövrünü xatırladan təhlükəli silahlanma yarışının yenidən başlayacağı ilə bağlı narahatlıqlara səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Məqalədə qeyd edilir ki, nüvə başlıqları ilə təchiz edilmiş yüksək sürətli rus raketləri Avropa paytaxtlarına dəqiqələr içində çata bilər, üstəlik, öncədən xəbərdarlıq və müdafiə imkanı olmadan.

Rusiya mediası iddia edir ki, "Oryeşnik" adlı raket cəmi 15 dəqiqəyə Almaniyadakı Ramştayn aviabazasına çata bilər.

ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan generalı və 2013-2016-cı illərdə ABŞ-ın Avropa Komandanlığının rəhbəri olmuş Filipp Bridlav bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı Ukrayna müharibəsinə görə sərt tədbirlər görməklə hədələdikdən qısa müddət sonra Kremlin bu addımı atması onu təəccübləndirməyib.

"Bu, Rusiyanın Qərbi qorxutmaq və ya çəkindirmək üçün standart yanaşmasıdır... Qərb Ukraynaya yeni silahların verilməsi kimi hansısa dəyişiklikləri nəzərdən keçirdikdə, Moskva dərhal bu cür cavab verir", deyə Bridlav vurğulayıb.

Raket müqaviləsindən imtina

Əvvəllər Rusiya Federasiyası orta və qısa mənzilli raketlərin yerləşdirilməsinə dair moratoriuma əməl etməyəcəyini elan etmişdi. Rusiya Xarici İşlər Nazirliyi bu qərarı "kollektiv Qərbin" Rusiyanın yaxın bölgələrində "sabitliyi pozan raket potensiallarını artırması" ilə əsaslandırmışdı.

Xatırladaq ki, Rusiya bu bir tərəfli moratoriumu 2019-cu ildə elan etmişdi. Həmin vaxt 1987-ci ildə imzalanmış Orta və Qısa Mənzilli Raketlərin Ləğvi Müqaviləsi qüvvədən düşmüşdü. Moskva o zaman bildirmişdi ki, NATO raket yerləşdirmədikcə özü də bu addımı atmayacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->