Xəbər lenti

Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat
Ölkə 15:38 17.05.2025

Elçin Quliyev generalı işdən çıxardı - Yeni təyinat

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının rəis əvəzi general-mayor Faiq Məmmədov vəzifəsindən azad olunub.

Qaynarinfo Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə DSX rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.

Məlumata görə, Faiq Məmmədov DSX Aparatında əvvəlki vəzifəsinə qaytarılsa da, sonradan təqaüdə göndərilib.

Qeyd edək ki, o, 2024-cü ilin oktyabrında DSX (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edildikdən sonra bu vəzifəni icra edirdi.

Məlumata görə, Elçin Quliyevin digər əmri ilə general-mayor Ramin Bağırov DSX Akademiyasının rəisi təyin edilib.
 

Faiq Məmmədov

Ramin Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->