Xəbər lenti

Mahir Emreli Almaniyada növbəti qolunu vurdu (VİDEO)
Video 15:39 19.04.2025

Mahir Emreli Almaniyada növbəti qolunu vurdu (VİDEO)

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında növbətini qolunu vurub.

Qaynarinfo xəbər verir ki, qarşılaşma II Bundesliqanın XXX turuna təsadüf edib.

Doğma meydanda "Paderborn" kollektivinin qəbul edən "Nürnberq"in heyətində hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb.

Hazırda davam edən görüşdə hesab bərabərdir - 1:1.

Qeyd edək ki, bu, 27 yaşlı hücumçunun II Bundesliqada vurduğu 6-cı qol olub. O, daha bir dəfə Almaniya Kubokunun oyununda fərqlənib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->