Xəbər lenti

Maşın çaya aşdı - Şəhid atası və müharibə iştirakçısı yaralandı
Ölkə 20:35 10.08.2025

Maşın çaya aşdı - Şəhid atası və müharibə iştirakçısı yaralandı

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Bəydili kəndində olub.

Belə ki, Vətən müharibəsi iştirakçısı Əfsun Əhmədlinin idarə etdiyi "VAZ-2199” markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən çaya aşıb.

Hadisə zamanı avtomobildə olan şəhid atası Qəhrəman Bağırov və sürücü suda boğulmaq təhlükəsi ilə üzləşib və yaxınlıqda olan kənd sakinlərinin köməyi ilə onlar son anda xilas edilib.

Q. Bağırov və sürücü müxtəlif dərəcəli xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Sağ bazu oynağının çıxıqı xəsarəti diaqnozu qoyulan şəhid atasına zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, Qəhrəman Bağırovun yeganə oğlu Hikmət Bağırov Vətən müharibəsində şəhid olub.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->