Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində bir sıra binalar dağılıb.
"Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Zərərçəkən binaların görüntüləri yerli mediada yayılıb. Sındırğı bələdiyyəsinin sədri Serkan Sakın sözlərinə görə, rayonda 10 bina dağılıb. Həmçinin iki nəfərin dağıntıların altında qaldığı bildirilir.
Qeyd edək ki, təbiət hadisəsi Sındırğı rayonunda qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Yerli mətbuatın məlumatına görə, Manisa şəhərində də ard-arda iki dəfə zəlzələ olub. Qeyd edilir ki, təbii hadisələr 4.6 və 4.3 maqnitudada qeydə alınıb.
Şərhlər