Xəbər lenti

Müdafiə Nazirliyindən xəbərdarlıq: Partlayış səsləri eşidiləcək
Ölkə 14:49 26.05.2025

Müdafiə Nazirliyindən xəbərdarlıq: Partlayış səsləri eşidiləcək

Pirəkəşküldə 26-30 may tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->