Xəbər lenti

Paşinyan: Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb
Siyasət 10:51 20.06.2025

Paşinyan: Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb

Ermənistanın baş naziri Nikol Paşinyan büdcənin icrasının təsdiqi ilə bağlı çıxışı zamanı bildirib ki, Azərbaycanın 2022-ci ildə Dağlıq Qarabağa hüquqlarını tanımaqla ölkəni mühasirəyə alınmış qaladan suveren dövlətə çevirib. 

Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.

"Mən bu məsələ ilə bağlı çox düşünmüşəm və qənaətim budur: biz Dağlıq Qarabağı itirməmişik, Ermənistan Respublikasını qazanmışıq", deyə Paşinyan qeyd edib.

Baş nazir yekun çıxışı zamanı müxalifətin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan ilk Ermənistan baş naziri olması ilə bağlı ittihamları ilə razılaşmayıb.

O, əlavə edib ki, oktyabrın 6-da Ermənistanın ərazi bütövlüyünü və onun qonşularının ərazi bütövlüyü bərabər olması faktını tanıyıb. Paşinyan vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi Ermənistanın müstəqil və suveren dövlətə çevrilməsinin qarşısını almaq üçün kəmər kimi istifadə olunub.

Paşinyan daha əvvəl bəyan etmişdi ki, respublikanın Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiq etməsə, ölkənin əsas qanununa dəyişiklik təşəbbüsü ilə şəxsən özü çıxış edəcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->