Xəbər lenti

Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi
Ekonomiks 12:24 20.06.2025

Saleh Məmmədov Mayis Qədirovu direktor təyin etdi

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "8№-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni direktor təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun müvafiq əmri ilə Mayis Fərəhim oğlu Qədirov MMC-yə direktor təyin olunub. 

Qeyd edək ki, bu ilin may ayında "8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması" MMC-nin direktoru İlham Novruzov vəzifəsindən azad edilib. Onun yerinə müavəqqəti MMC-nin baş mühasibi Səmayıl Ramazanov gətirilmişdi. 

Xatırladaq ki, İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan çoxsaylı ağacların rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsinə, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Hər iki şəxs barəsində cinayət işi açılıb və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Əhməd

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->