Bir sıra Avropa ölkələri Ukrayna müharibəsində iştirak etmiş rusiyalıların Şengen zonasına daxil olmasını qadağan etmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə Estoniyanın paytaxtı Tallində keçirilən toplantıda Baltikyanı ölkələrin, Şimali Avropa dövlətlərinin və Polşanın daxili təhlükəsizlik nazirləri bəyan
ediblər.
Görüşdə Avropa Komissiyasının daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner və sərhəd agentliyi Frontex-in nümayəndəsi də iştirak edib.
Estoniyanın daxili işlər naziri İqor Taro qeyd edib ki, "müstəqil Avropa dövlətinə qarşı döyüşmüş yüz minlərlə Rusiya vətəndaşı üçün sərbəst səyahət imkanları məhdudlaşdırılmalıdır”.
"Biz çox dəqiq mövqe tutmalıyıq: bu şəxslər Şengen məkanında sərbəst səyahət edə bilməz. Onlara yaşayış icazəsi verməyəcəyik, viza da verməyəcəyik, çünki həmin şəxslər orada öldürüb, dağıdıblar və hamımız üçün ciddi təhlükə mənbəyidirlər”, – deyə Taro vurğulayıb.
Eyni zamanda qeyd olunub ki, Rusiya Federasiyasının hərbi təcavüzündə iştirak etmiş şəxslərə qarşı bu giriş qadağası yalnız aktiv döyüşlərin sonunadək deyil, daha sonra da qüvvədə qalmalıdır.
Şengen zonası ilə bağlı digər məlumat:
2017-ci ildən etibarən Ukrayna vətəndaşları Avropa İttifaqının və Şengen zonası ölkələrinin 30-na viza almadan səfər edə bilirlər. Biometrik pasportu olan Ukrayna vətəndaşları Avropada hər 180 gün ərzində 90 gündən artıq olmamaq şərtilə sərbəst gəzə bilərlər.
Bu rejim çərçivəsində ukraynalılar turizm, qohum ziyarəti, biznes tərəfdaşları axtarışı, seminarlar, konfranslar, konsertlər, teatr və musiqi festivalları, idman yarışları və çimərlik istirahəti məqsədilə Avropaya səfərlər edə bilərlər.
Alpər
Şərhlər