Xəbər lenti

Yubilyar xalq artisti:
Sənət 11:53 02.05.2025

Yubilyar xalq artisti: "Yaxın günlərdə onu hamı tanıyacaq"

Xalq artisti Zabit Nəbizadənin 60 illik yubileyidir. Yubliyar Qaynarinfo-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- 60 illik yubileyinizin səsi-sorağı eşidilmədi. Siz istəmədiniz, yoxsa yada salan olmadı?

- Yubiley tədbiri televiziyalarda keçirildi. Bir çox kanallarda qonaq olduq, çıxışlar etdik. Axşam da restoranların birində toplandıq, dostlarla yedik-içdik, əyləndik. 

- Bu Sizin tədbir oldu, bəs dövlətdən nə gözləyirsiniz?

- Yəqin ki, yaxın günlərdə nəsə bir addım atarlar. Eləsələr də sağ olsunlar, eləməsələr də. Bu günə kimi etdikləri bəsimdir. Hər şey qismətdən asılıdır. Hər insanın öz dəyəri və vaxtı var. Məsələn, Əməkdar artist və Xalq artist adı mənə veriləndə hamı dedi ki, tam vaxtında verilib, halalınızdır. Bir də görürsən ki, biri vaxtından əvvəl fəxri ad alır, hamı da mız qoymağa başlayır.

- 60 yaş ömrün yarısıdır. Belə yaşdakı insanların arzuları da maraqlı olar...

- Azərbaycan xalqının arzuları tükənmir. Biri həyata keçir, başqa birisi arzulanır. Yol gedirsən, yorulanda dincəlmək üçün oturanda nəsə xəyal edirsən. Valideyn övladlarının xoş günü üçün çırpınır. 50 yaşdan görürsən ki, valideyin kimi ürzularına çatmısan. İndi ancaq övladımın xoş gününü görmək istəyirəm. İnsanın həyatda ağrılı-acılı günləri çox olur. Hər günün xoş keçsə, həyatın marağı da olmaz. İnsanın başı daşdan-daşa dəyməlidir. Bəlkə mənim həyatım belə olduğundan belə fikirləşirəm.  Yollar enişli-yoxuşludur. Həmişə düz gedəndə adam yorula bilər. Bu yolları keşsəm də, hər dəfə dönüb arxaya baxanda çətin günlər yadıma düşür. İndi bu saatdan sonra tək arzum balalarımın xoş günüdür. 

- Övlad demişkən, ailədə sənətinizin davamçı yoxdur...

- Bu, məcburi deyil. Övladıma necə məcbur edə bilərəm ki, sən mütləq mənim yolumu getməlisən, muğam oxumalısan. Övladımın biri tar sənətinə yiyələnib. Bu sənəti özüm də sevirəm, hazırda İncəsənət Universitetində təhsil alır. Amma əslində ikinci Zabit Nəbizadə gəlir mənim arxamca. Qardaşımın oğlu var, Murad Nəbizadə, bu sənətin davamçısıdır. Yaxın günlərdə onu hamı tanıyacaq. Murad Nəbizadə bu il keçiriləcək Televiziya Muğam Müsabiqəsinin iştirakçılarından biridir. 

- Müsabiqədə neçə tələbəniz iştirak edəcək?

- Hardasa üç tələbəm var. Hər birinə uğurlar arzulayıram. Onların hər birinin qələbəsi bizim sayılır.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->