Xəbər lenti

Deputatın oğlu yeni şirkət yaratdı
Ekonomiks 15:25 05.08.2025

Deputatın oğlu yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Məclisin deputatı Cavanşir Paşazadənin oğlu Şahin Paşazadənin qanuni təmsilçiliyi ilə yaradılan yeni şirkəti qeydiyyata alıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bu, "Espressolab Az” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Murtuza Nağıyev küçəsi, ev.D1 10-da yerləşir. Şirkətin fəaliyyət istiqaməti isə açıqlanmayıb. 

Məlumat üçün bildirək ki, 2024-cü ildə həmin küçədə ev 1, mənzil 10 ünvanında isə "PS H” Məhdud Məsuliyyətli Cəmiyyəti də qeydiyyata alınıb. Bu şirkətin qanuni təmsilçisi isə Paşazadə Gülabə Ağahəbib qızıdır. 

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə Ş.Paşazadə biznes fəaliyyəti ilə məşğuldur və onun bundan əvvəl də bir neçə şirkəti olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->