Xəbər lenti

72 yaşlı kişi dənizdə boğuldu
Ölkə 22:12 24.08.2025

72 yaşlı kişi dənizdə boğuldu

Astarada 72 yaşlı kişi dənizdə boğulub.

"Report”un Cənub bürosunun məlumatına görə, boğulma hadisəsi rayonun Xəzər dənizi sahilində yerləşən Qamışoba kəndi ərazisində baş verib.

Belə ki, dənizdə istirahət edənlər sahildə meyit aşkar ediblər. Yaxınlıqda olanlar boğulan şəxsin Bala Şahağac kənd sakini, 1953-cü il təvəllüdlü Xudaverdi Ağarza oğlu Məmmədov olduğunu təsdiq ediblər. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə baxış keçiriblər. Müəyyən edilib ki, boğulan şəxs fiziki qüsurlu (lal və kar) olub. O, vaxtaşırı dəniz havası almaq üçün bu əraziyə gəlirmiş.

Ehtimal edilir ki, mərhum suda olarkən ürəktutması keçirib və suya yıxılıb. Bundan sonra ləpələr onu sahilboyu isiqamətində hərəkət etdirib. Onun şəxsi əşyaları tapıldığı ərazidən təxminən 100 metr aralıda müəyyən edilərək götürülüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->