Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Qaynarinfo-nun məlumatına görə, günün ikinci matçında "Turan Tovuz” "Araz-Naxçıvan”la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1
Qonaqların heyətində 38-ci dəqiqədə Şarl Boli, 52-ci dəqiqədə Ba-Muaka Simakala fərqlənib. Tovuz klubunda isə Alexandro Serrano 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.
"Araz-Naxçıvan” xallarının sayını 4-ə çatdırıb. "Turan Tovuz” isə 3 xalda qalıb.
Günün ilk görüşündə "Sabah” səfərdə "Şamaxı”nı üstələyib - 2:1.
Qeyd edək ki, II turun əvvəlki oyunlarında "Neftçi” "İmişli” ilə heç-heçə edib. "Sumqayıt” "Qarabağ”ı (1:0), "Karvan-Yevlax” "Kəpəz”i (3:2) məğlub edib. Tura avqustun 25-də "Qəbələ” - "Zirə” matçı ilə yekun vurulacaq.
Şərhlər