Bu ilin yanvar–iyun aylarında Azərbaycanın əsas ixrac məhsulları sırasında yer alan kartof üzrə gəlirlər əhəmiyyətli dərəcədə artıb.
Valyuta.az xəbər verir ki, altı ay ərzində kartof ixracından əldə olunan gəlir 7 milyon ABŞ dolları və ya 34,14 faiz artaraq 27,5 milyon dollara çatıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 20,5 milyon dollar təşkil edib.
Şərhlər