Xəbər lenti

Azərbaycanın axtarışa verdiyi şəxs Albaniyadan ekstradisiya olunacaq
Ölkə 17:04 23.04.2025

Azərbaycanın axtarışa verdiyi şəxs Albaniyadan ekstradisiya olunacaq

Albaniya Respublikası ilə ekstradisiya sahəsində əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Salmanov Elşən Vahid oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Albaniya Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

Elşən Salmanovun təkrar dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

O, 2024-cü ilin oktyabr ayında Albaniyanın Rinas şəhərində müəyyən edilərək həbs edilib.

Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->