Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr təyin edilib.
Qaynarinfo xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin Əmri ilə kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şuranın sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, C. Quliyev 2019-2020-ci illərdə "Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsində çalışıb. 2020-ci ildən Azərbaycan Dövlət Film Fondunun direktorudur.
Şərhlər