Xəbər lenti

Valideynlərin stressdən qurtulmasına neçə uşaq kömək edir? - İdeal say tapıldı
Dünya 22:56 21.06.2025

Valideynlərin stressdən qurtulmasına neçə uşaq kömək edir? - İdeal say tapıldı

Uzun müddətdir ki, bir və ya maksimum iki uşağa sahib olmaq daha sakit, idarəolunan və uğurlu valideynlik yolu kimi qəbul olunurdu. Lakin elmi araşdırmalar göstərir ki, əslində ən az stresslə yaşayan və ən xoşbəxt ailələr dörd uşaqlı ailələrdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Yourtango” saytı yazır.

ABŞ-da "TODAY” nəşrinin 7 min ana arasında keçirdiyi sorğuya əsasən, üç uşağı olan analar dörd uşaqlı analarla müqayisədə daha çox stress yaşayır. Psixiatr və dörd uşaq anası olan Cannet Teylor bu fenomeni belə izah edib: dördüncü uşaq dünyaya gəldikdən sonra anaların artıq daha çox narahat olmağa nə gücü, nə də enerjisi qalır.

Sorğunun nəticələri göstərib ki, çoxuşaqlı analar tərbiyə ilə bağlı olan gözləntiləri azaldır, başqalarının fikirlərinə önəm verməyi dayandırır və məhz bu amillər stressin əsas mənbəyidir. Başqa sözlə, onlar artıq mükəmməl valideyn olmaq tələbindən imtina edərək, özlərinə rahatlıq verir.

Ohayo Ştat Universitetinin psixologiya kafedrasının nümayəndəsi Sara Şoppe-Sallivan bildirib ki, cəmiyyət anaları "intensiv analıq” modelinə məcbur edir: "Bu, analığın çox vaxt və emosional enerji tələb etməsi, hər addımın ekspert məsləhətləri ilə yönləndirilməsi deməkdir”.

Lakin bu yanaşma əks təsir yaradır. Mükəmməlliyə can atan valideynlər daim stres halında olur, sonra isə onları günahkarlıq hissi bürüyür. Bu vəziyyət maliyyə problemləri və iş-ailə balansının pozulması ilə daha da ağırlaşır və nəticədə valideyn yanması ("burnout”) ilə sonlana bilər.

Məqalənin müəlliflərinə görə, stressdən qurtulmağın "resepti” – daha çox uşaqdır. İlk baxışdan bu qeyri-məntiqli görünsə də, səbəb aydındır: valideynlər artıq hər bir uşaqla ayrıca və ciddi şəkildə məşğul ola bilmirlər. Dörd uşaq böyüdən valideynlər daha çox ailə ilə vaxt keçirir, daha sakit, özünə güvənli olur və ümumilikdə daha xoşbəxt bir həyat sürürlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->