Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci və sonuncu iclası keçirilib.
Bu barədə "Report"a komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib. O bildirilib ki, iclasda 100-dən artıq müraciətə baxılıb.
Bununla da komissiyaya daxil olan müraciətlərə baxılaraq bu il üçün iclaslara yekun vurulub. Müsbət rəy verilənlər müraciətlər siyahısı ölkə Prezidentinə təqdim ediləcək.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə keçirilən iclaslarda ümumilikdə 800-dən çox müraciətə baxıb.
09.45
Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçiriləcək.
Bu barədə Əfv Komissiyasının üzvü, deputat Fazil Mustafa məlumat verib.
O bildirilib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək: İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək".
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə 6 iclası olub və 700-dən çox müraciətə baxılıb.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.//Report
Şərhlər