Türkiyədə yaşayan həmyerlimiz, baletmeyster-xoreoqraf Şəhriyar Cəfərov TÜRKSOY-un mükafatına layiq görülüb.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.
Şəhriyar Cəfərov "Beynəlxalq Türk Dünyası Dövlət Balet Məktəblərinin Ankara Festivalı"nda iştirak edib:
"Tədbirdə türk dövlətlərinin balet və xoreoqrafiya məktəblərinin nümayəndələri iştirak edirdi. Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qırğızıstan və s. ölkələrdən nümayəndlərə tədbirə qatılmışdı. Azərbaycanı isə Xalq artisti Təranə Muradova təmsil edirdi. Mən də iki tələbəmlə qatılmışdım. Sonda TÜRKSOY-un mükafatına layiq görüldüm".
Qeyd edək ki, Şəhriyar Cəfərov 2020-ci ildən etibarən İstanbulda yaşayır. 2021-ci ildə magistr pilləsi üzrə Memar Sinan İncəsənət Universitetində klassik balet ixtisası üzrə təhsil alıb. Hazrda həmin universitetdə müəllim işləyir və doktoranturada təhsili alır.
Bahar Rüstəmli
Şərhlər