Xəbər lenti

WTI və Brent nefti üzrə xalis uzun mövqelər bir həftə ərzində azalıb
Ekonomiks 10:57 12.05.2025

WTI və Brent nefti üzrə xalis uzun mövqelər bir həftə ərzində azalıb

Amerikanın Əmtəə Fyüçers Ticarəti üzrə Komissiyasının (CFTC) cümə günü açıqladığı məlumatlara görə, 6 mayda başa çatan həftədə spekulyantlar ABŞ-ın WTI markalı nefti üzrə fyüçers və opsion müqavilələrində xalis uzun mövqelərinin (netto-long) həcmini azaldıblar.

Qaynarinfo xəbər verir ki, həmin dövrdə Nyu York və London birjalarında WTI üzrə müqavilələrin sayı 23.002 ədəd azalaraq 93.596-ya enib.

Qeyd olunur ki, bu rəqəmlərə NYMEX birjası üzrə məlumatlar daxil deyil, çünki bu həftə CFTC həmin platforma üzrə məlumat təqdim etməyib.

ICE birjasının məlumatına görə, Brent markalı neft üzrə xalis uzun mövqelər də 12.383 ədəd azalaraq 97.558 kontrakta düşüb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->