Xəbər lenti

Elman Rüstəmov bu qədər maaş alacaq
Ölkə 18:30 01.05.2025

Elman Rüstəmov bu qədər maaş alacaq

Prezident İlham Əliyevin fərmanı ilə Milli Məclis sədrinin müşaviri, sədrin köməkçisi, Baş nazirin köməkçisi və müşavirinin maaşları təsdiqlənib.

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, fərmana əsasən, Baş nazirin müşaviri Elman Rüstəmov 2425 manat maaş alacaq. 

Qeyd edək ki, Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. O, 1992-ci ilin dekabrında Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə, 1995-ci ilin yanvarında İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Elman Rüstəmov 28 aprel 2000-ci il tarixində, 11 aprel 2005-ci il tarixində, 6 aprel 2010-cu il tarixində, 9 aprel 2015-ci il tarixində və 16 aprel 2020-ci ildə yenidən 5 il müddətinə Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə və sədri vəzifəsinə təyin olunub.

O, 11 aprel 2022-ci ildə  Mərkəzi Bankın İdarə Heyəti üzvlüyündən xaric edilib. Baş nazir Əli Əsədovun 13 aprel 2022-ci il tarixli sərəncamı ilə Elman Rüstəmov baş nazirin müşaviri vəzifəsinə təyin olunub.

Ailəlidir. 3 övladı var.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->