Xəbər lenti

FHN-nin keçmiş əməkdaşından 16 min manatlıq dələduzluq
Ölkə 16:01 01.05.2025

FHN-nin keçmiş əməkdaşından 16 min manatlıq dələduzluq

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) keçmiş əməkdaşı dələduzluğa görə həbs edilib. 

Qaynarinfo xəbər verir ki, Rəşad 2020-ci ilin sentyabr ayınadək DYMX-nin Nizami rayonu üzrə 19 saylı Dövlət Yanğından Mühafizə Hissəsində komendat işləyib. Daha sonra isə başqa vəzifəyə keçib. 2022-ci ildə FHN-də xidmətdən xaric edilib. 

O, FHN-də çalışrakən Buğday Nurəddinov adlı şəxsi DYMX-nin Şəki bölməsinə işə düzəldəcəyini vəd edərək ondan 16 000 manat pul alıb. Lakin vədini yerinə yetirmədiyindən qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. 

Rəşad şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq  - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Cinayət işinin məhkəmə istintaqı Şəki Rayon Məhkəməsində aparılıb. Məhkəmə prosesi zamanı Rəşad ona verilmiş ittihamla özünü təqsirli bilib. 

Zərərçəkmişin ifadəsindən məlum olub ki, Rəşad onu inandırmaq üçün hətta FHN-nin inzibati binasının qarşısınadək gətizdirib. 
Məhkəmənin hökmü ilə Rəşad 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqan məhrumetmə cəzasına məhkum edilib.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->