Mayın 11-də Əməkdar artist İntiqam Soltanın 60 illik yubileyi keçiriləcək.
Qaynarinfo xəbər verir ki, dəfələrlə beynəlxalq müsabiqələr laureatı, 90-a yaxın tamaşanın müəllifi və rejissoru, 3 kitab müəllifi, Fəxri Mədəniyyət İşçisi, "Sənətkar” mükafatçısı, Bakı Uşaq və Gənclər Teatrının yaradıcısı, direktoru və bədii rəhbəri olmuş, Mingəçevir Dövlət Dram Teatrının direktoru, Əməkdar artist İntiqam Soltanın 60 yaşı tamam olur.
Belə geniş yaradıcılıq yolu keçən direktorun yubiley mərasimi Bakıdakı teatr ocaqlarının birində baş tutacaq. Gecəyə bütün teatrlardan qonaqlar dəvət olunacaq.
Bahar
Şərhlər