Xəbər lenti

Mədət Quliyevin yerinə bu şəxs seçildi
İdman 14:06 02.05.2025

Mədət Quliyevin yerinə bu şəxs seçildi

Azərbaycan Velosiped Federasiyasına (AVF) yeni prezident seçilib. 

Qaynarinfo xəbər verir ki, AVF-nin növbədənkənar ümumi yığıncağı bu gün keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. 

Daha sonra Federasiyanın baş katibi Elnarə Musayeva ötən dövr ərzində görülən işlərin hesabatını təqdim edib.

Tədbirdə federasiya prezidenti Mədət Quliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb. 

Azərbaycan Velosiped Federasiyasının rəhbərliyinə seçki keçirilib. "Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Sonda Zaur Axundov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->