Astara rayonunda vətəndaşları Məşhəd və Kərbəla şəhərlərinə ziyarətə aparacağı barədə vəd verərək onlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, Astara Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə mühakimə olunan Sadiq adlı təqsirləndirilən şəxs 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İş materiallarından aydın olur ki, Sadiq əvvəllər Məşhəd və Kərbəla şəhərlərinə zəvvar turları təşkil edirmiş. Lakin son vaxtlar işləri yaxşı getmədiyindən borcu yaranıbmış. Bu ərəfədə Əmrah adlı şəxs ona Məşhəd və Kərbəla şəhərlərinə ziyarətə getmək üçün müraciət edib.
Sadiq bunu borclarını qaytarmaq üçün fürsətə çevirmək qərarına gəlib. O, Əmrahdan ziyarət ümün 2160 manat alıb. Lakin sonradan verdiyi vədi yerinə yetirməyib.
Məhkəmə prosesi zamanı Sadiq verilmiş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməldən peşman olduğunu deyib.
Seyid
Şərhlər