Xəbər lenti

İdman 14:51 04.08.2025

"Qarabağ"ın Çempionlar Liqasının "pley-off"undakı potensial rəqibləri müəyyənləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.

Qaynarinfo xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində dəqiqləşib.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya"nı mübarizədən kənarlaşdırsa, növbəti raundda "Ludoqorets” (Bolqarıstan) – "Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off matçları 19-20 və 26-27 avqustda baş tutacaq. "Qarabağ" ilk oyunu səfərdə keçirəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->