Xəbər lenti

Oğurluq edən dostlara 100 metrdən yaxın məsafədə görüşmək qadağan edildi
Ölkə 15:05 04.08.2025

Oğurluq edən dostlara 100 metrdən yaxın məsafədə görüşmək qadağan edildi

Bakının İçərişəhər ərazisində yerləşən restoranlardan birində oğurluq edən yeniyetmə dostlara məhkəmə hökmü elan olunub.

Qaynarinfo-nun məlumatına görə, 2006-cı il təvəllüdlü Ariz Mərdənov (soyad şərti), 2008-ci il təvəllüdlü Nahid Vəliyev (soyad şərti) və 2010-cu il təvəllüdlü Babək Fətəliyev (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 177.2.1 (bir qrup şəxs tərəfindən törədilən oğurluq) və 177.2.3-cü (qəsdən zərər vurmaqla törədilən oğurluq) maddələri ilə açılmış cinayət işinə məhkəmədə baxılıb.

İstintaqla müəyyən olunub ki, sosial şəbəkə vasitəsilə əvvəlcədən razılaşan yeniyetmələr Səbail rayonu, Böyük Qala küçəsi 41 ünvanında yerləşən restorana daxil olaraq oğurluq ediblər. Onlar ümumi dəyəri 6 manat olan 2 ədəd "Redbull” içkisi, 65 manatlıq "Jack Daniels” viskisi və kassa aparatından 4000 manat nağd pul aparıblar. Oğurlanmış içkiləri istifadə edib, pulları isə aralarında bölüblər.

Məhkəmənin qərarına əsasən, Ariz Mərdənov 2 il 6 ay, Nahid Vəliyev və Babək Fətəliyev isə hər biri 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Cəza müddətində onların elektron qolbaq taxaraq nəzarətdə saxlanılması və bir-birlərinə 100 metrdən yaxınlaşmamaq tələbləri müəyyən olunub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->