Metroda doğulan körpənin anası danışdı: "Avtobusla gec olar deyə..." (VİDEO)
Metroda körpə dünyaya gətirən ana hələ də xoş hadisənin təəsüratlarından çıxa bilməyib.
Gənc ana Əsmər Məhərrəmova "Report”un əməkdaşına həmin günü belə xatırladığını söyləyib:
"Bu, mənim ikinci hamiləliyim idi. Axşamdan güclü olmasa da, ağrılarım var idi. Həkimimlə danışdıq və yanına yoxlanışa gəlməyimizi uyğun gördü. Ertəsi gün səhər saatlarında avtobusla qayınanamla birgə həkim müayinəsinə gedərkən anidən sanclarım başladı. Avtobusla gec olar deyə ən yaxşı seçimin metro olduğunu fikirləşdik. Düşünməzdim ki, körpəmi metroda dünyaya gətirəcəyəm. Elə orada bizə kömək edən vətəndaşların da təklifi ilə körpəmizin adını Cəsur qoyduq”.
Qeyd edək ki, avqustun 8-i saat 07:40 radələrində Bakı metrosunun "20 Yanvar” stansiyasında körpə doğulub. "Bakı Metropoliteni” QSC körpəyə 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər