Xəbər lenti

Qarabağdan köçən ermənilərə Rusiya niyə yardım edir? (ŞƏRH)
Siyasət 14:34 29.05.2025

Qarabağdan köçən ermənilərə Rusiya niyə yardım edir? (ŞƏRH)

"Rusiyanın bu addımı heç də kiməsə təzyiq göstərmək xarakteri daşımır. Kreml sadəcə olaraq, öz imicini saxlamaq məqsədilə edir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın Moskvanın Qarabağdan könüllü şəkildə köçən ermənilərə humanitar yardım adı ilə dəstək verməkdə davam edəcəkləri barədə fikrini şərh edərkən deyib.

"Qarabağdan könüllü olaraq gedən ermənilərin zəmanətçisi Kreml olub. Qarabağda saziş əsasında Rusiya qoşunları yerləşdirilmişdi. Erməni əhalisi könüllü şəkildə həmin regionu tərk edib və rus qoşunları da onların təhlükəsiz şəraitdə getmələrinə kömək edib. Rusiya həmin andan onların təminatını, yardım göstərməyi öz üzərinə götürüb", deyə Mehman Əliyev bildirib.
 


Ekspert qeyd edir ki, Moskvanın həmin əhaliyə yardım göstərməyi davam etdirməsi də sözügedən prosesin davamıdır:

"Problem ondadır ki, hələlik tərəflər arasında sülh müqaviləsi imzalanmayıb, münaqişə tam çözülməyib. Ona görə də Rusiyanın Qarabağdan könüllü gedənlərə humanitar yardım göstərməsi hərəkətinə sadəcə olaraq prosesin davamı kimi baxmaq lazımdır. Əslində, bu yardımın özü də simvolik xarakter daşıyır".

Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova sonuncu brifinqdə Qarabağdan könüllü gedən ermənilərə Moskva tərəfindən yeni humanitar yardımların nəzərdə tutulub-tutulmadığı barədə sual cavabında belə bir humanitar yardımın Rusiyanın diqqət mərkəzində olduğunu bildirib. Ardınca o, qeyd edib ki, yaxın zamanlarda Rusiya QHT-ləri vasitəsilə daha geniş humanitar aksiya nəzərdə tutulur. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->