Rusiya müdafiəsizdir: Diki Qara dəniz üzərində iki Su-30-un vurulmasını şərh etdi (VİDEO)
Ukrayna Müdafiə Qüvvələri Qara dəniz üzərində iki Rusiya "Su-30” hücum təyyarəsini məhv etdikdən sonra ruslar Ukrayna suüstü dronlarını məhv etmək taktikasını dəyişməyə məcbur qalıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Radio NV" efirində veteran, Ukrayna Milli Antarktik Elmi Mərkəzinin direktoru Yevgeni Diki danışıb.
"O zaman ruslar bu vəzifəni cəbhə aviasiyasına verdilər, "Su” təyyarələrini havaya qaldırdılar. Amma biz onları vertolyotları "Su” ilə əvəz etməyə məcbur etdik, bu artıq onlar üçün iki səbəbdən həssas zərbə idi. Birincisi — iqtisadi. "Su” təyyarəsinin saatlıq uçuş xərci vertolyotla müqayisədə qat-qat yüksəkdir. İkincisi — funksionallıq. Vertolyotlar dronları izləmək üçün daha əlverişlidir”, — deyə Diki bildirib.
Onun sözlərinə görə, Rusiya döyüş təyyarələri əsasən iri hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Kiçik suüstü dronlar isə onlar üçün daha çətin və uyğun olmayan hədəflərdir. Buna baxmayaraq, ruslar Su-30 ilə Ukrayna dronlarını vurmağı öyrənə biliblər.
"Amma indi artıq yeni səhifə açılıb, biz növbəti mərhələyə keçmişik. Bunun üçün sovet istehsalı R-73 raketlərini Amerika istehsalı olan AIM raketləri ilə əvəz etməli olduq. Açığı, bu mənə xoş deyil, çünki indi heç bir amerika silahı təminatlı deyil. Amma görünür ki, bizə AIM raketləri yetərincə verilib. Ümid var ki, Tramp faktoruna baxmayaraq, bir müddət ehtiyat qalacaq... Gün ərzində iki təyyarə — bu artıq onların bu raketlər qarşısında tamamilə müdafiəsiz olduqlarının aydın sübutudur”, — deyə ekspert vurğulayıb.
Qeyd edək ki, Ukrayna Baş Kəşfiyyat İdarəsi (QUR) bir gün əvvəl Qara dəniz üzərində uğurlu əməliyyat həyata keçirildiyini bildirmişdi. Məlumata görə, Ukraynanın "Magura” suüstü dronu Rusiyanın "Su-30” qırıcı təyyarəsini məhv edib.
Daha sonra QUR rəhbəri Kiril Budanov hadisəni dəqiqləşdirərək bildirib ki, əslində iki düşmən təyyarəsi vurulub. Onun sözlərinə görə, birinci təyyarənin heyəti sağ qalıb, amma ikinci ekipaj həlak olub.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər