Xəbər lenti

ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzaladı
Dünya 09:19 01.05.2025

ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzaladı

ABŞ və Ukrayna faydalı qazıntılara dair saziş imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. 

Onların sözlərinə görə, saziş ABŞ-yə alüminium, qrafit, neft və təbii qaz da daxil olmaqla Ukraynanın təbii ehtiyatlarının inkişafı ilə bağlı yeni investisiya layihələrinə imtiyazlı giriş imkanı verəcək.

Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ ilə birgə investisiya fondunun yaradılmasını nəzərdə tutan faydalı qazıntılara dair sazişin imzalandığını təsdiqləyib. O, bu barədə feysbukdakı səhifəsində paylaşım edib.

Sənədə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50 %-ni bu fonda verəcək. ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar.

Müqavilə Ukraynanın ABŞ qarşısında birbaşa borc öhdəliklərini nəzərdə tutmur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->