Xəbər lenti

Bakıda 10-cu mərtəbədən yıxılan qız sağ qaldı
Ölkə 13:11 26.05.2025

Bakıda 10-cu mərtəbədən yıxılan qız sağ qaldı

Bakı şəhəri Yasamal rayonunda bədbəxt hadisə baş verib.
 
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə mayın 24-ü saat 19 radələrində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi 24 "B"də yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb.

Pəncərədən yıxılan qız möcüzə nəticəsində sağ qalıb.

Xəstəxanaya yerləşdirilmiş N. Əmirlinin vəziyyəti orta-ağırdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->