Xəbər lenti

BCM tərəfindən həbs edilən sabiq prezident mer seçildi
Dünya 15:12 13.05.2025

BCM tərəfindən həbs edilən sabiq prezident mer seçildi

Filippinin sabiq prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi ilə Haaqada həbs olunmasına baxmayaraq, ölkəsinin Davao şəhərində keçirilən mer seçkilərində qalib gəlib. 

Qaynarinfo xəbər verir ki, yerli seçki komissiyasının açıqlamasına görə, Duterte 660 mindən çox səs toplayıb bə bu da onun əsas rəqibi Karlo Noqralestən səkkiz dəfə çoxdur. Məlumatı AP agentliyi yayıb.

Dutertenin kiçik oğlu, Davaonun hazırkı meri Sebastian vitse-mer, onun böyük oğlu Paolo yenidən Nümayəndələr Palatasına üzv seçilib. Sabiq prezidentin iki nəvəsi də yerli seçkilərdə qalib olublar. Agentlik bildirir ki, bu nəticələr Duterte ailəsinin ölkədə təsirinin davam etdiyini göstərir.

Rəqəmlərin qeyri-rəsmi hesablamalarına əsasən, Rodriqo Dutertenin ailəsi tərəfindən dəstəklənən azı beş namizəd Filippin Senatındakı 12 yer uğrunda mübarizədə ön sıralarda qərarlaşıb. Lakin seçki sorğuları yalnız ikisinin qalib gələcəyini proqnozlaşdırır.

Xatırladaq ki, 79 yaşlı Rodriqo Duterte 11 martda Honqkonqdan qayıdarkən Manila hava limanında saxlanılıb. O, 13 martda rəsmi olaraq həbs edilib. Sabiq prezident narkotik alverinə qarşı apardığı kampaniya çərçivəsində insanlığa qarşı cinayətlərdə ittiham olunur. Hazırda Duterte BMT-nin Sxeveningendə yerləşən istintaq təcridxanasında məhkəmə prosesini gözləyir. İttihamların təsdiqi üzrə dinləmələrin 23 sentyabrda keçirilməsi planlaşdırılır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->