Xəbər lenti

Braziliya məhkəməsi
Dünya 15:07 17.05.2025

Braziliya məhkəməsi "iPhone" brendi üzrə hüququ "Apple"a vermədi

Braziliyada federal məhkəmə uzun illər davam edən hüquqi çəkişmədə "iPhone” brendi üzrə qərarını Amerika texnologiya nəhəngi "Apple”ın deyil, yerli "IGB Eletronica” şirkətinin xeyrinə çıxarıb. 

Qaynarinfo xəbər verir ki, "Globo" agentliyinin məlumatına görə, qərar yekdilliklə qəbul olunub və əvvəlki məhkəmə qərarlarını ləğv edərək "Apple”ın bu marka üzərindəki eksklüziv hüquqlarını sual altına qoyur.

Qeyd edək ki, "IGB Eletronica” (əvvəllər "Gradiente” adı ilə tanınırdı) "G Gradiente Iphone” ticarət nişanını hələ 2000-ci ildə - "Apple”ın ilk "iPhone” modelini təqdim etməsindən xeyli əvvəl qeydiyyatdan keçirmişdi. Rəsmi patent isə yalnız 2008-ci ildə verilmişdi - artıq "Apple iPhone” beynəlxalq bazarda tanındıqdan sonra.

"Apple” brend hüququnu Braziliyada rəsmiləşdirməyə çalışsa da, "Gradiente”nin daha əvvəlki qeydiyyatı bu prosesi əngəlləyib. Amerika şirkətinin iddiasına cavab olaraq, "Gradiente” mübahisəli ad altında öz smartfon modelini bazara çıxarıb.

On ildən çox davam edən məhkəmə prosesi nəticəsində iş ölkənin Ali Məhkəməsinə qədər çatıb. "Gradiente” markadan ortaq istifadə hüququna iddia etsə də, "Apple” bu hüququ tam öz nəzarətində saxlamaq niyyətində idi.

Lakin indi federal məhkəmənin son qərarı "Gradiente”nin hüququnu təsdiqləyib. Bu qərar "Apple” üçün Braziliyada əlavə hüquqi və kommersiya çətinlikləri yarada bilər.

Hazırda "Apple” hələ də "iPhone” brendi üzrə eksklüziv istifadə hüququnu ölkədə saxlayır. Lakin məhkəmənin bu qərarı daha yüksək instansiyalar tərəfindən də dəstəklənərsə, şirkət mübahisəni həll etmək üçün alternativ yollar axtarmalı olacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->