Xəbər lenti

Cəmil Quliyev canlı əfsanədir, onun sədr təyin edilməsi... - Ayaz Salayev
Sənət 13:20 03.05.2025

Cəmil Quliyev canlı əfsanədir, onun sədr təyin edilməsi... - Ayaz Salayev

"Cəmil Quliyevin Müşahidə Şurasına sədr təyin olunması kino sahəsi üçün ədalət deməkdir".

Bunu Qaynarinfo-ya açıqlamasında kinorejissor və kinoşünas, senarist Ayaz Salayev Kino Agentliyinin Müşahidə Şurasının fəaliyyətindən danışarkən deyib. 

Salayev Şuranın işini yüksək qiymətləndirdiyini vurğulayıb:

"Cəmil Quliyev canlı əfsanədir. Sədr təyin edildi. Mən onun təyinatını yüksək qiymətləndirirəm. Və onun təyinatı qurum üçün deyil, kino sahəsi üçün çox şeyi ifadə edəcək. Ədalət baxımından hər şey yerində olacaq".

Ayaz Salayev əlavə edib ki, ədalət prinsipləri olan yerdə kino sahəsi irəli gedəcək.

Qeyd edək ki, Xalq artisti Cəmil Quliyev Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına sədr, Xalq artisti Fəxrəddin Manafov və aktyor, rejissor, ssenari müəllifi İlham Qasımov isə şuraya üzv təyin ediliblər.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->