Almaniyanın təslim olduğu anda nasist Almaniyasına qrosadmiral Karl Dönits rəhbərlik edirdi. Məhz o, hərbçilərinə qərb müttəfiqlərinə təslim olmağı tövsiyə etmişdi ki, Sovet əsir düşərgələrinə düşməsinlər.
Qaynarinfo xəbər verir ki, bu barədə NV-nin məqaləsində deyilir.
Almaniyanın ABŞ, Böyük Britaniya, Fransa və SSRİ-nin nümayəndələri qarşısında qeyd-şərtsiz təslim olması haqqında Aktı Vermaxtın Ali Komandanlığının qərargah rəisi Alfred Yodl imzalamışdı. Bu, 7 may tarixində, Avropada Müttəfiq ekspedisiya qüvvələrinin komandanı Duayt Eyzenhauerin baş qərargahının yerləşdiyi Fransanın Reyms şəhərində baş vermişdi.
İmzalanmış Akt Avropa vaxtı ilə 8 may saat 23:00-dan qüvvəyə minməli idi. Moskva vaxtı ilə isə artıq yeni gün başlamışdı. Buna görə də İosif Stalin SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 mayın Qələbə Günü elan olunması haqqında fərmanını imzalamışdı.
Həmin vaxta qədər Hitler artıq intihar etmişdi. Buna görə də Almaniya tərəfindən təslim prosesinə onun varisi, qrosadmiral Karl Dönits rəhbərlik etmişdi. Daha sonra digər nasistlərlə birlikdə Nürnberq məhkəməsi qarşısına çıxarılsa da, o, ölüm cəzasından qurtula bilmişdi.
Daha ətraflı NV-nin məqaləsində
oxuyun.
Alpər
Şərhlər