"Bu onu göstərir ki, Trampın Səudiyyə Ərəbistanında dediyi sözlər öz işini görüb”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq Azər Qasımov İranın nüvə proqramından imtina edə biləcəyi barədə ölkənin ali dini liderinin baş müşaviri Əli Şamxaninin fikirlərini şərh edərkən deyib:
"İran tərəfinin sanksiyaların nüvə enerjisi fəaliyyətlərinə son verilməsi fonunda götürülməsi qarşılıqlı şərtlərdən ibarətdir.
Tehran şərtlərlə razılaşdığını açıq şəkildə etiraf etməyi məğlubiyyət kimi qəbul edir. Ona görə də guya şərt irəli sürür. Göründüyü kimi, Trampın Səudiyyə Ərəbistanında dediyi sözlər öz işini görüb və İran ABŞ-ın bu məsələni bitirməklə bağlı fikrinin qəti olduğunu anlayıb”.
Ekspertə görə, danışıqların nəticəsinin uğurlu olacağı əvvəlcədən bəlli idi:
"Çünki İran Trampdan çəkindiyi kimi heç kimdən çəkinmir. Hesab edirəm ki, böyük ehtimalla, tezliklə İranın nüvə proqramına dair ABŞ-la İran arasında müqavilənin imzalanması mümkündür”.
Qeyd edək ki, İranın ali liderinin siyasi, hərbi və nüvə məsələləri üzrə baş müşaviri Əli Şamxani NBC News-a açıqlamasında ABŞ bu ölkəyə qarşı iqtisadi sanksiyaları ləğv edərsə, Tehranın nüvə proqramı ilə bağlı bir sıra güzəştlərə getməyə hazır olduğunu bəyan edib.
Onun sözlərinə görə, İran bir daha heç vaxt nüvə silahı yaratmayacağına, yüksək zənginləşdirilmiş uran ehtiyatlarından qurtulacağına, uranın yalnız mülki istifadə üçün lazım olan səviyyədə zənginləşdirilməsinə razılıq verməyə və beynəlxalq müfəttişlərin prosesə nəzarət etməsinə icazə verməyə hazırdır. Bunun müqabilində Tehran bütün iqtisadi sanksiyaların dərhal ləğvini tələb edir.
Şamxani əmin edib ki, bu şərtlər yerinə yetirilərsə, İran həmin gün sazişi imzalayacaq.
Rüfət Sultan
Şərhlər