IX "Muğam” televiziya müsabiqəsi işğaldan azad olunan rayonlardan da yayımlanacaq.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib. Onun sözlərinə görə, müsabiqə 3 ay boyunca canlı efirdə olacaq:
"Müsabiqəyə 200 nəfər qatılmışdı. Onlardan 20 nəfər böyük xanəndə müsabiqəyə vəsiqə qazanıb. Bundan əlavə 10 nəfər azyaşlı özünü sınayacaq. Hamısının da səsi bir-birindən gözəl, çox istedadlıdırlar. Həftədə iki dəfə efirdə olacağıq. Azərbaycan Televiziyası müsabiqəni canlı yayımlayacaq. Bütün iştirakçılara uğurlar arzulayıram. Əminəm ki, səsi olan iştirakçılar yer tutacaq”.
Nəzakət Teymurova müsabiqənin avqust ayında yekunlaşaçağını vurğulayıb:
"Bundan əlavə, bu müsabiqədə tamaşaçıları yeniliklər gözləyir. Bakıdan əlavə işğaldan azad olunan rayonlara da səfər edəcəyik. Yeni ifaçılar da həmin yerləri görəcək, oradan ifaları səslənəcək”.
Müsabiqə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir. Müsabiqənin münsiflər heyətinin üzvləri arasında Xalq artistləri Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, Sərdar Fərəcov, Vamiq Məmmədəliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi təmsil olunurlar.
Bahar Rüstəmli
Şərhlər