Kompüter modelləşdirilməsinə əsaslanan hesablamalara görə, əgər Hindistan 100, Pakistan isə 150 strateji nüvə başlığı edərsə, nəticədə olaraq 50-125 milyon insan həyatını itirə bilər. Bundan sonra isə dünya miqyasında aclıq fəlakəti baş verə və daha çox insan itkisinə səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, araşdırmanı Kolorado Universitetinin alimləri Ratqers Universitetinin tədqiqatçılarının iştirakı ilə aparıblar.
"Belə bir müharibə təkcə bombaların tuşlana biləcəyi ərazilər üçün deyil, bütün dünya üçün təhlükə olacaq", deyə tədqiqat müəlliflərindən biri, Ratqers Universitetindən Alan Robok bildirib.
Məlumata görə, nüvə başlıqlarının partlayışı nəticəsində 16–36 milyon ton qara karbon atmosferə qalxa bilər. Bu tüstü atmosferin yuxarı qatlarına yüksələrək bir neçə həftə ərzində bütün planeti örtəcək. Proqnozlara əsasən, qaz günəş şüalarını udacaq və havanı qızdıracaq. Tüstünün yayılması nəticəsində günəş işığı 35%-ə qədər azalacaq və Yer səthində temperatur 5°C-dək enəcək.
Gözləntilərə görə, bitki örtüyünün inkişafı 30%-ə qədər, okeanların məhsuldarlığı isə 15% azalacaq. Bu təsirlər azı 10 il ərzində davam edəcək, çünki tüstü uzun müddət atmosferdə qalacaq.
Hindistan və Pakistan uzun müddətdir ki, bir-birinə zərbə endirmək qabiliyyətində olan nüvə dövlətləri kimi tanınır. 2019-cu il proqnozlarına əsasən, 2025-ci ilə qədər Hindistanın 400–500 nüvə başlığı ola bilər.
Aydın
Şərhlər