Xəbər lenti

Rusiya 9 Maya qədər Kiyevə ''önləyici'' kütləvi zərbə endirə bilər – General-mayor
Dünya 12:07 01.05.2025

Rusiya 9 Maya qədər Kiyevə ''önləyici'' kütləvi zərbə endirə bilər – General-mayor

Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan general-mayoru Sergey Krıvonos "Fabrika Novostey'' proqramında çıxışı zamanı bildirib ki, Rusiya ordusu yaxın günlərdə, xüsusən 9 Mayadək Ukraynaya – o cümlədən Kiyevə qarşı güclü ''önləyici'' aviasiya-raket zərbəsi endirə bilər.

Qaynarinfo bu barədə "Unian”a istinadla xəbər verir.
 
Krıvonosun sözlərinə görə, bu, Kremlin Ukraynaya göndərdiyi mesajın bir formasıdır:

''Əgər sən nəyəsə nail olmaq istəyirsənsə, nə etdiyini çox açıqlama'', – deyə o qeyd edib.

Onun fikrincə, Moskva yaxın günlərdə Ukraynaya qarşı kütləvi zərbə endirmək niyyətindədir və bununla guya mesaj vermək istəyir ki, əgər ukraynalılar 9 Mayda Qızıl Meydana hərbi təhdid edərlərsə, cavab zərbəsi daha sərt olacaq.

''Bu, güc nümayişidir. Onlar göstərmək istəyəcəklər ki, guya biz nədənsə qorxuruq'', – deyə Krıvonos bildirib.

Amma onun fikrincə, bu cəhdlər nəticə verməyəcək, çünki Rusiya ordusunun şəhərlərə mütəmadi zərbələrinə baxmayaraq, ukraynalılar arasında qorxu yoxdur:

''Ukraynalılarda kədər, faciə, nifrət və qisas almaq istəyi var, amma qorxu yoxdur''.

Krıvonos onu da vurğulayıb ki, 2014-cü ildən bu yana elan edilən heç bir atəşkəs Ukraynaya fayda gətirməyib – əksinə, bu fasilələr düşmənə öz qüvvələrini toparlamaq üçün imkan yaradıb:

''Siyasətçilər piar edir, amma müharibəni hərbçilər aparır. Qələbə qazanmaq üçün hərbçilərə döyüşmək imkanı verilməlidir''.

Proqramda Krıvonosdan digər ölkələrin, xüsusən də Çinin 9 Mayda Ukraynanın Moskvaya hücum edəcəyi təqdirdə necə reaksiya verəcəyi də soruşulub. General-mayor bu suala sərt cavab verib:

''Onlar Kaxovka SES-i partladanda və ya Buça, İrpen sakinləri qətlə yetiriləndə reaksiya verdilərmi? Biz niyə güclü və hiyləgər düşmənə qarşı centlmen kimi davranmalıyıq? Qarşımızda peşəkar yaramazlar, manipulyatorlar, təxribatçılar var. Çin bizə nə verib ki, biz müharibədə qalib gələk? Əksinə, o, Rusiyaya yardım edir ki, bizim şəhərlərimizi bombalayıb kəndlərimizi dağıtsın''.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin "Böyük Vətən Müharibəsi”ndə qələbənin 80 illiyi münasibətilə 7-11 may tarixləri arasında ''atəşkəs'' elan edib. Lakin Ukrayna Silahlı Qüvvələrinin veteranı, ehtiyatda olan mayor Oleksiy Hetmanın fikrincə, bu, atəşkəs deyil, Kreml tərəfindən irəli sürülmüş bir ultimatumdur.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->