Xəbər lenti

Rusiya niyə
Dünya 13:50 17.05.2025

Rusiya niyə "xüsusi hərbi əməliyyat"ı "müharibə" adlandırdı? (ŞƏRH)

"Kreml münaqişəni kollektiv Qərblə apardığını bəyan etdiyindən hərbi əməliyyatları müharibə adlandırmağa başlayıb".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Rusiya prezidenti Vladimir Putinin bu günə qədər "xüsusi hərbi əməliyyat" adlandırdığı Ukraynadakı savaşı "müharibə" olaraq təqdim etməsini şərh edərkən deyib.

Mehman Əliyev bildirib ki, əslində iki ilə yaxındır Rusiya Ukraynada apardığı hərbi əməliyyatları müharibə kimi təqdim edir:
 


"Hətta onu vətəndaş müharibəsi də adlandırıb. Yalnız Ukraynaya hücumun ilk mərhələsində Putin və digər Rusiya rəsmiləri onu xüsusi hərbi əməliyyat kimi təqdim edirdilər. İndilikdə isə o, müharibə sözünü dəfələrlə təkrarlayıb. Proses Kremlin iddia etdiyinin əksinə olaraq, uzandı. Belədə Kreml sahibləri başa düşdülər ki, bu, xüsusi hərbi əməliyyat deyil, müharibədir. Putin və ətrafı bu müharibəni də təkcə Ukrayna ilə deyil, əsasən kollektiv Qərblə apardığını bəyan edir".

Qeyd edək ki, artıq 3 ildən çoxdur Ukraynada hücum əməliyyatları aparan Rusiya rəsmiləri onu "xüsusi hərbi əməliyyat" kimi təqdim ediblər. Yəni Putin başda olmaqla Rusiya rəsmiləri müharibə sözünü yaxına belə buraxmırdılar. Hətta bu sözü işlədənləri cinayət məsuliyyətinə cəlb edirlər. Lakin rus təbliğatçılar Solovyovla Simonyan açıq şəkildə bildiriblər ki, Putin son mətbuat konfransında Ukraynadakı hərbi əməliyyatı müharibə adlandırıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->