Xəbər lenti

İdman 23:33 16.05.2025

"Sumqayıt"ın 30 yaşlı kapitanı karyerasını başa vuracaq

"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev futbolçu karyerasını dizindəki zədə səbəbindən başa vurur.

Bunu Oxu.Az-a açıqlamasında "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev bildirib.

"Vüqar Mustafayev daha əvvəlki müsahibələrində də bu barədə məlumat vermişdi. Futbolçunun dizi əməliyyatlı olduğundan son iki mövsümdə ağrıları azalsın deyə meydana çıxmadan əvvəl iynə vururdu", - deyə Z.Xudiyev bildirib.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "Gənclik şəhəri" təmsilçisinin formasını geyinir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->