Xəbər lenti

Tramp ABŞ-da 8 mayı II Dünya müharibəsində Qələbə Günü elan etdi
Dünya 10:42 02.05.2025

Tramp ABŞ-da 8 mayı II Dünya müharibəsində Qələbə Günü elan etdi

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlarda 8 may II Dünya müharibəsində Qələbə Günü, 11 noyabr isə I Dünya müharibəsində Qələbə Günü kimi qeyd olunacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bir çox müttəfiqlərimiz və dostlarımız 8 mayı Qələbə Günü kimi qeyd edir, lakin biz II Dünya müharibəsində qələbənin əldə olunması üçün hər hansı digər ölkədən daha çox iş görmüşük. Bu səbəbdən 8 mayı II Dünya müharibəsində Qələbə Günü, 11 noyabrı isə I Dünya müharibəsində Qələbə Günü elan edirəm”, deyə Tramp qeyd edib.

"Biz hər iki müharibəni udmuşuq və heç kim güc, cəsarət və hərbi şücaət baxımından bizə yaxın olmayıb, lakin biz heç vaxt heç nəyi qeyd etmirik - bu da ona görədir ki, artıq bunu bacaran liderlərimiz yoxdur!. Biz yenidən qələbələrimizi qeyd etməyə başlayacağıq!", deyə Tramp vurğulayıb.

Qeyd edək ki, 2004-cü ilin noyabrında BMT Baş Assambleyasının 59-cu sessiyasının qərarına əsasən, 8 və 9 may II Dünya müharibəsinin bütün qurbanlarının anılması və barışıq günləri kimi elan edilib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->