Xəbər lenti

Tramp Kanadadan əl çəkmir:
Dünya 19:19 28.04.2025

Tramp Kanadadan əl çəkmir: "51-ci ştat olun, sərvət qazanın"

Donald Tramp kanadalılara ölkənin ABŞ-a qoşulmasından sonra onları gözləyən gələcək haqqında danışıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Vergilərinizi yarıya endirmək, hərbi gücünüzü pulsuz olaraq dünyanın ən yüksək səviyyəsinə yüksəltmək və avtomobillərinizi, polad, alüminium, taxta-şalban, enerji və digər sənayenizi heç bir tarif və vergi olmadan dörd dəfə artırmaq üçün gücə və müdrikliyə malik olan adamı seçin. Əgər Kanada Birləşmiş Ştatların arzu edilən 51-ci ştatı olarsa, bunlar baş verəcək", deyə Tramp bildirib.

Ağ Evin rəhbəri vurğulayıb ki, ABŞ-ın Kanada Amerika dövləti olmazsa, ona ildə yüz milyardlarla dollar subsidiya verməsinin mənası yoxdur.

Aprelin 28-də Kanadada erkən parlament seçkiləri başlayacaq. Səsvermədə 16 partiya iştirak edəcək və qalib gələn siyasi qüvvənin lideri ölkənin yeni baş naziri olacaq.

Aprelin 15-də Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib ki, Tramp Kanadanın ABŞ-a daxil olmasını dəstəkləyən mövqe tutmağa davam edir.

Tramp dəfələrlə deyib ki, Kanada ABŞ-ın bir hissəsi olmalıdır. Xüsusilə, o, Kanadanın ABŞ-ın 51-ci ştatı kimi "daha yaxşı vəziyyətdə" olacağını qeyd edib. Siyasətçi həmçinin iddia edib ki, ölkəsi Kanadaya görə hər il 200 milyard dollar itirir və bunun davam etməsinə imkan verməyəcək. Bundan əlavə, Tramp Kanadanın ABŞ-a qoşulması məsələsini müzakirə edərkən vergi və müdafiəyə əhəmiyyətli qənaətin kanadalılar üçün üstünlük ola biləcəyi fikrini ifadə edib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->