Xəbər lenti

UEFA-dan “Barselona”ya qarşı ədalətsiz qərarlar vermiş hakim Marçinyaka ağır cəza
İdman 14:00 13.05.2025

UEFA-dan “Barselona”ya qarşı ədalətsiz qərarlar vermiş hakim Marçinyaka ağır cəza

Şimon Marçinyak bu mövsüm Çempionlar Liqasının finalını idarə etmək imkanını itirib. Bu qərar, onun "İnter” və "Barselona” arasında keçirilən yarımfinalın cavab oyunundakı mübahisəli idarəçiliyi ilə əlaqələndirilir. Bildirilir ki, Marçinyak La Liqa təmsilçisinə qarşı ədalətsiz mövqe sərgiləyib. Baxmayaraq ki, o, dünyanın ən yaxşı hakimlərindən biri sayılır, ciddi səhv onun mövsümün ən nüfuzlu matçını idarə etmək şansını əlindən alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Marca”nın məlumatında deyilir.

UEFA finalı idarə etmək hüququnu rumıniyalı hakim İştvan Kovaça verib. Ona iki həmvətəni – Mihay Maritsa və Ferents Tunyoqi kömək edəcək. VAR otağında isə hollandiyalı Dennis Yohan Xiqler məsuliyyət daşıyacaq. Bu, Kovaçın karyerasında 2024-cü il Avropa Liqasının finalı və 2022-ci il Konfrans Liqasının finalından sonra üçüncü Avropa kuboku finalı olacaq.

29 mayda Polşada keçirilmiş Konfrans Liqasının finalında "Betis” və "Çelsi” qarşılaşmasında baş hakim bosniyalı İrfan Peljto olub. Ona Senad İbrisimbegoviç və Davor Beljo yardım edib, VAR-a isə fransız hakim Fransua Letekse rəhbərlik edib.

Digər tərəfdən, almaniyalı hakim Feliks Tsvayer 22 may tarixində keçiriləcək Avropa Liqasının finalında "Mançester Yunayted” və "Tottenhem” oyununu idarə edəcək. VAR-dan Bastian Dankert məsul olacaq. Tsvayer 2023-cü ildə İspaniya ilə Xorvatiya arasında keçirilən Millətlər Liqasının finalını da idarə etmişdi.

Qeyd edək ki, Tsvayer əvvəllər qalmaqallı məqamlarla gündəmə gəlib. 2005-ci ildə o, alman futbolunu sarsıdan "sazişli oyunlar” qalmaqalında digər hakim Robert Hoyzerdən 250 funt-sterlinq rüşvət almaqda ittiham edilmiş və cəmi altı aylıq uzaqlaşdırma cəzası almışdı. Bu səbəbdən onun adı hələ də mühüm oyunlarda qəbul etdiyi mübahisəli qərarlar fonunda müzakirə olunur.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->