Xəbər lenti

Ukrayna - Azərbaycan oyunu harada keçiriləcək?
İdman 14:18 19.06.2025

Ukrayna - Azərbaycan oyunu harada keçiriləcək?

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Qaynarinfo AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunun IV turunun matçı oktyabrın 13-də Polşanın Vrotslav şəhərindəki "Tarçinski Arena”da oynanılacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Ukrayna yığması ilə ev oyununu sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->